Ruhaniyə ŞOK ÇAĞIRIŞ: “Erməni konyakı için, donuz əti yeyin, amma…”

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa İran prezidenti Həsən Ruhaninin Ermənistana səfər etməsinə və iki ölkə arasında yüksək əməkdaşlıqla bağlı müqavilələrin imzalanmasına sərt şəkildə etirazını bildirib.
Azadnfo.az bildirir ki bu barədə F.Mustafa Publika.az-a açıqlamasında İranın adını dəyişdirərək, “İran Ermənistan İslam dövləti” adlandırılmasını da təklif edib:
“Yəqin ki, yaxın zamanlarda İranın adı “İran Ermənistan İslam dövləti” olacaq. Dağlıq Qarabağ məsələsi yalnız sülh yolu ilə həll olunmalıdırsa, o zaman İran niyə Suriyada münaqişəni sülh yolu ilə həll etmədi? Kənardan dayanıb sülh yolu ilə həll edərdi də! Əksinə, İran özünün terrorçu və quldur dəstələrini Suriyada yerləşdirərək, müsəlmanları, türkmənləri məhv etdi. Bütün bunlar İran siyasətinin bariz görünən tərəfləridir. İran doğrudan da sülhpərvərdirsə, başqa ölkələrdə də sülhü tətbiq etsin də! Niyə ancaq Azərbaycana gələndə, sülhdən danışır? Niyə İran işğalçının Azərbaycan ərazilərindən çıxması ilə bağlı bəyanat vermir? Həsən Ruhani Ermənistana gedib, ermənilərlə görüşüb, orada qan, din qardaşları, dostları ilə görüşüb, yeyib-içiblər. Eybi, yox, nə qədər istəyirsizsə, oturub yeyib-için, erməni konyakın için, donuz əti yeyin, nə bilirsiz edin! Biz bunlara qarışmırıq. Amma heç olmasa, İrana qayıdanda “mən müsəlmanam” deməyin! Yaxud da işğalçı ölkə ilə bağlı bir bəyanat verib müsəlmanlığını göstər”.
Deputat deyib ki, indi Azərbaycanda İrana pərəstiş edən yüzlərlə insan var:

fazil-mustafa
“Həmin insanlar elə İran düşüncəsindədir. Onlar sabah Azərbaycan dövlətçiliyinə qarşı çıxacaq adamlardır. Həsən Ruhani gedib Ermənistanda Dağlıq Qarabağın yalnız sülh yolu ilə həll olunması açıqlamasını verirsə, təbii ki, onun dalınca gedən buradakı qələmunlar həmin ideyanın Azərbaycan cəmiyyətinə tətbiq edilməsinə çalışacaqlar. Sabah onlar deyəcək ki, torpaqların müharibə yolu ilə həllinə nə ehtiyac var, gəlin sülh yolu ilə həll edək, bitsin! Bütün bu məsələlərə həm Azərbaycan, həm də İran tərəfindən ciddi müzakirə olunmalı və münasibət bildirilməlidir. Çünki İranın bu cür addımı sırf erməni siyasətinin davamıdır”.
F.Mustafa qeyd edib ki, İran Qarabağla bağlı müsəlman, İslam dövləti kimi deyil, əksinə, erməni dövləti kimi çıxış edir:
“İran müsəlman və İslam adına layiq olan hər hansı davranış ortaya qoymur. İran işğalçı dövlətə rahat gedib-gələ biləcəyi dost ölkə kimi baxır. Ancaq İslamda da qəsb olunan torpağa getmək, işğalçılarla əməkdaşlıq etmək haramdır. İran bu qədər haramın içində ola-ola, necə İslamdan, müsəlmanlıqdan danışa bilir? Ona görə də hesab edirəm ki, İran prezidentinin bu addımı qınanmalıdır. Bu, Azərbaycanla dostluğa ziddir. Azərbaycan İranın ərazisini işğal etmiş və yaxud da işğal etmək ehtimalı olan hər hansı dövlətlə bu cür əməkdaşlıq etməyib. Amma İran bizim torapqları işğal edən ölkə ilə geniş iqtisadi, siyasi və mədəni əməkdaşlıq edir. bütün bunların başqa adı yoxdur. Buna etiraz açıq şəkildə bildirilməlidir”.
Vasif Həsənli

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir