Cəmiyyətə ölmüş at və naməlum heyvan satışının qarşısı alınıb- FOTO

Yevlaxda ölü at və naməlum heyvan ətlərinin satışının qarşısı alınıb

Yevlax rayonunda 351 kiloqram ölü at və naməlum heyvan ətlərinin satışının qarşısı alınıb.
Azadinfo.az bildirir ki “Report”un Qərb bürosunun məlumatına görə, yararsız heyvan cəmdəkləri Aşağı Bucaq kənd sakinləri Nizami Kərimov və Telman Rəsulova məxsus antisanitar şəraitdə fəaliyyət göstərən, heyvan kəsim meydançasının soyuducu kamerasında və avtomobildə aşkarlanıb.
Rayon Baytarlıq İdarəsinin əməkdaşlarının keçirdiyi reyd zamanı cəmdəklərin qida üçün yararlılığı şübhə doğurduğundan onlardan nümunələr götürülüb və müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Yoxlamalar zamanı heyvan ətlərinin keyfiyyətsiz olması, öldükdən sonra kəsilməsi və baytarlıq-sanitariya cəhətdən tamam yararsız olması müəyyən edilib.
Bu gün Yevlax rayon Baytarlıq İdarəsinin soyuducu kamerasında saxlanan insan həyatı üçün təhlükəli olan cəmdəklər idarə əməkdaşları tərəfindən zərərsizləşdirilib.
N.Kərimov və T.Rəsulov isə müvafiq qaydada 220 və 280 manat cərimə olunublar.

olu-at-v%c9%99-nam%c9%99lum-heyvan-%c9%99tl%c9%99rinin-satisi olu-at-v%c9%99-nam%c9%99lum-heyvan-%c9%99tl%c9%99rinin-satisi-1 olu-at-v%c9%99-nam%c9%99lum-heyvan-%c9%99tl%c9%99rinin-satisi-2 olu-at-v%c9%99-nam%c9%99lum-heyvan-%c9%99tl%c9%99rinin-satisi-3 olu-at-v%c9%99-nam%c9%99lum-heyvan-%c9%99tl%c9%99rinin-satisi-4 olu-at-v%c9%99-nam%c9%99lum-heyvan-%c9%99tl%c9%99rinin-satisi-5 olu-at-v%c9%99-nam%c9%99lum-heyvan-%c9%99tl%c9%99rinin-satisi-6 olu-at-v%c9%99-nam%c9%99lum-heyvan-%c9%99tl%c9%99rinin-satisi-7

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir