Почему могут спускать колеса авто смотрите тут kamael.com.ua
Предложения строителей смотрите здесь
Дренажная система водоотвода вокруг фундамента - stroidom-shop.ru

Donald Tramp seçicilərə onun əleyhinə səs verməyə yönələn çağırışları şərh edib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasından olan seçicilərin onun əleyhinə səs verməyə yönələn çoxsaylı çağırışlarına cavab verib.
“Mənim çoxsaylı tərəfdarlarım da seçkiləri uduzanlar kimi bu cür addımlar atıb, təhdidlərlə çıxış etsəydi, onlara nifrət edilər və onlar təhqirlərə məruz qalardılar”. “Report” xəbər verir ki, bunu D.Tramp “Twitter” səhifəsində yazıb.
Qeyd edək ki, daha əvvəl Stenford Universitetində hüquq professoru olan Lourens Lessiq 20 Respublikaçı-seçicinin ABŞ prezidenti seçilmiş D.Trampa səs verməkdən imtina etməyə hazır olduğunu söyləyib.
Seçicilər Kollegiyasının səsverməsi dekabrın 19-na təyin edilib. 538 nəfərin hamısı – 306 respublikaçı və 232 demokrat ştatlarının paytaxtlarında səs verəcək.
Hazırda D.Trampa qarşı çıxan fəallar azı 37 respublikaçını ona səs vermək fikrindən daşındırmağa çalışır ki, milyarder ABŞ-da keçirilmiş prezident seçkilərinin qalibi kimi tanına bilməsin.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir