Zorlandığını iddia edən keçmiş direktor müavini yeni iş yerində də narazılıq YARATDI

Xəzər rayonu Şimal DRES qəsəbəsindəki 230 saylı orta məktəbin zorlandığını iddia edən keçmiş direktor müavini Ləman Babayevanın yeni işə başladığı Buzovna qəsəbəsi 26 nömrəli məktəbin direktoru Natiq Səmədov Ölkə.Az-a danışıb.

N.Səmədov əməkdaşımızla söhbətində bildirib ki, L.Babayevanın bu təyinatı kollektivdə narazılıqla qarşılanıb:

“Təhsil idarəsi yaşadığı yerə yaxın olduğuna görə onun bizim məktəbə müəllim təyin olunmasını məqsədə müvafiq hesab edib. Bizdə də vakant imkanımız olduğuna görə altı saat dərslə işə qəbul etmişik. Əgər tədris ilinin əvvəlində olsaydı, bəlkə də narazılıqla qarşılanmazdı. Müəllimlərin narazılığı ondandır ki, gərək kiminsə dərs yükündən götürəsən. Bu baxımdan kollektivdə narazılıq yaranıb”.

Xatırladaq ki, L.Babayeva Xəzər rayonu Şimal DRES qəsəbəsindəki 230 saylı orta məktəbdə direktor müavini işlədiyi dövrdə direktor tərəfindən zorlandığını iddia etmiş, sonradan bu iddiaların yalan olduğu üzə çıxmışdı.

l%c9%99man-babayeva l%c9%99man-babayeva-1 l%c9%99man-babayeva-3

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir