Почему могут спускать колеса авто смотрите тут kamael.com.ua
Предложения строителей смотрите здесь
Дренажная система водоотвода вокруг фундамента - stroidom-shop.ru

Moskva polisi erməni iş adamı Karen Qubasaryanı axtarır

Moskva polisi 28 yaşlı erməni iş adamı, Rusiya paytaxtında inşaat firmasına rəhbərlik edən Karen Qubasaryanı axtarır. Bildirilir ki, onun avtomobili ilə səkidə gedən piyada vurulub. Piyada Yuri Karpov hadisə yerində keçinib.

Rusiyanın “REN TV” telekanalının müşahidə kameralarından götürülən kadrlarda görünür ki, piyadanı vuran avtomobil hadisə yerinə qayıdır, Qubasaryan da yaxınlıqdakı restoranlardan birindən çıxaraq hadisə yerinə gəlir. Avtomobili idarə edən hələlik istintaqa məlum olmayan şəxs və Qubasaryan piyadanın öldüyünü görüncə dərhal avtomobilə oturub, ətrafdakıların etirazına baxmayaraq, hadisə yerini tərk edirlər.

Sonradan istintaq orqanları Qubasaryanın avtomobilini şəhər kənarında tapıb. Onun özü və hadisə zamanı sükan arxasında olan şəxs hələlik tapılmayıb.

Rusiya KİV-lərinin yaydığı xəbərə görə, Karen Qubasaryan bahalı maşınlar və avtomobil yürüşləri həvəskarıdır. Bu il ərzində onun yol polisi tərəfindən azı 100 dəfə cərimə olunduğu bildirilir.

Hadisə zamanı ölmüş Yuri Karpovun dostları Karen Qubasaryan və onun avtomobilini idarə edən şəxs barədə informasiyaya görə mükafat elan ediblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir