Paytaxt yollarında sürət həddi endirilib

Bakının əsas magistral avtomobil yollarında nəqliyyat vasitələri üçün müəyyən edilmiş sürət həddi 20 km/saat qədər endirilib. Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin yaydığı məlumatda deyilir.

Azadinfo.az APA-dan aldığı məlumatda bildirilir ki, bu addım Bakıda müşahidə edilən faktiki hava şəraiti ilə əlaqədar atılıb.

“Qeyd edək ki, axşama doğru yollarda buzlaşma olarsa, sürət həddi daha 20 km/saat qədər endirilə bilər”, – deyə məlumatda bildirilir.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir