Türk futbolçulardan gözyaşardıcı hərəkət – Fotolar

Bu gün Türkiyədə həvəskar komandalar arasında keçirilən oyun zamanı təsirli hadisə yaşanıb.

Azadinfo.az AzNews.az-a istinadən xəbər verir ki, Çorluspor 1947 və Vəfa həvəskar komandaları arasında Çorlu General Bəsri Saran stadionunda görüş baş tutub.

Oyun ərzində vurulan hər 2 qoldan sonra komandalar sevincini stadionda asayişi qoruyan polisləri qucaqlamaqla qeyd ediblər. Bununla futbolçular İstanbulda terror aktında şəhid olan polislərin ruhunu anıblar.

Maraqlısı ondadır ki, bu oyundan az qala min kilometr uzaqlıqda keçirilən oyunda da eyni hal yaşanıb. Samsunsporla Eskişehirspor arasındakı keçirilən oyun zamanı vurulan qoldan sonra futbolçular sevinclərini polislərlə bölüşüblər.

futbolda-maraqli futbolda-maraqli-2

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir