Polis “Qəbələ”nin futbolçusunu aeroportda saxladı

Avropa Liqasının qrup mərhələsinin son turunda “Maynts”la qarşılaşan “Qəbələ”nin futbolçusu Teo Uiks Almaniyaya səfər zamanı problemlə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb “qırmızı-qaralar”ın legionerinin Portuqaliyadan aldığı oturum icazəsinin müddətinin bitməsi olub.

4 dekabr tarixinə qədər oturum icazəsi olan liberiyalı yerli polis tərəfindən saxlanılıb. Daha sonra isə məsələ öz müsbət həllini tapıb. Sonradan futbolçuya 3 günlük Almaniya vizası verilib.

Məlumatı klubdan da təsdiqləyiblər.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir