Bu da oldu: Qadın müəllim şagirdi ilə sevişdi və… seks bacarığına görə qiymət yazdı

Müəllimlə şagird arasında özəl münasibətlərə dair çoxsaylı faktlar var. Ancaq bu dəfə müəllim əlaqədə olmaqla kifayətlənməyib, buna görə şagirdinə həm də qiymət yazıb. Hadisə Amerikanın Texas ştatının Santa Fe şəhərində baş verib. “Santa Fe” Liseyinin müəllimi Kelsey Lay Gutierrez adlıq adın müəllim 18 noyabrda iki oğlan şagirdiylə cinsi əlaqəyə girdiyi ittihamı ilə işdən çıxarılıb.

Azadinfo.az bildirir ki Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı Gutierrez tələbələri ilə 18 ay ərzində münasibətdə olmaqda ittiham edilib. Gənc qadının münasibətdə olduğu tələbələrə cinsi əlaqə bacarığına görə qiymət verdiyi də aşkarlanıb. “KPRC 2 News” adlı yerli televiziyanın məlumatına görə, Gutierrezin 18 yaşlı lisey tələbəsi ilə 12 noyabrda gecəyarısı gəncin evinin avtomobil dayanacağında görüşüb. Maşınında tələbəsiylə cinsi əlaqəyə girdiyi də məhkəmə qeydlərində əks olunub.

Bu hadisədən dörd gün sonra müəllimin tələbənin evinə gedərək yataq otağında yenə əlaqəyə girmələri protokollarda əks olunub. Müfəttişlər gənc müəllimin şagirdlə cinsi əlaqəsini etiraf etdiyini, gəncin və müəllimin telefonlarında görüşlərə dair mesajlar olduğunu, hətta müəllimin tələbəyə cinsi aktivliyinə görə qiymət verdiyini açıqlayıb.

Məhkəmə protokollarında müəllimin 2015-ci ildə başqa bir tələbəsi ilə əlaqəsinə dair detallar yer alıb. Cütlüyün tələbənin evində görüşdüyü və burada da əlaqəyə girdikləri məlum olub. Məktəb rəhbərliyi verdiyi açıqlamada müəllimlə bağlı daxili araşdırma aparıldığını vurğulanıb.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir